USD - 1.7 EUR - 2.0142 RUB - 0.0227 TRY - 0.2251 DAHA ÇOX
SON DƏQİQƏ
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir   Koronavirus peyvəndi ilə bağlı saziş imzalanıb Səfərbərlik Xidməti məlumat yaydı Cəbhədə vəziyyət necədir? Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi
Paytaxtda koronavirusa ən az yoluxma halı Pirallahı rayonunda qeydə alınıb

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

AZƏRTAC koronavirusinfo.az saytına istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,3 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,2 faizi Xətai, 11,8 faizi Yasamal, 11,6 faizi Sabunçu, 8,9 faizi Nəsimi, 8,4 faizi Nərimanov, 8 faizi Suraxanı, 7,6 faizi Qaradağ, 7,1 faizi Nizami, 5 faizi Xəzər, 4,7 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 56,1 faizi paytaxtda qeydə alınıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio