USD - 1.7 EUR - 1.9952 RUB - 2.1757 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Türkiyə XİN müavini: “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir”

“Cənubi Qafqaz Asiya və Avropa arasında strateji keçid, zəngin karbohidrogen yataqlarının yerləşdiyi, nəqliyyat dəhlizlərinin keçdiyi strateji məkandır”.

APA-nın məlumatına görə, bunu bu gün BMTM və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran bildirib.

Kıran deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihələri regionun inkişafı üçün önəmlidir: “Ermənistanın işğalçılıq siyasəti regionun inkişafı önündə bir əngəldir. Ermənistan qurulduğu gündən bölgəyə problem yaratmaqdadır. Ermənistan daxili problemlərindən diqqətini yayındırmaq üçün təxribata əl atır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həlli üçün qərarlı dəstəyi davam etməkdədir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir. İşğalın indiyə qədər davam etməsi işğalçının mükafatlandırılması anlamına gəlir. Tovuz istiqamətində Ermənistanın təxribatı Ermənistanın regionun inkişafı yönündə əsas mane olduğun ortaya qoyur ”.

Türkiyə Xarici İşlər nazirinin müavini qeyd edib ki, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun ruhu bu gün də ayaqdadır: “Azərbaycanın Suriya, Aralıq dənizi və digər bölgələrdə dəstəyi bizim üçün önəmlidir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!