USD - 1.7 EUR - 1.9952 RUB - 2.1757 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
XİN-dən Ermənistanın humanitar atəşkəsi pozmasına reaksiya

Azərbaycan bir daha xoş niyyətini nümayiş etdirərək humanizm prinsipləri əsasında oktyabrın 18-də humanitar atəşkəsə razılıq verdi.

XİN-dən ASAN Radioya verilən məlumata görə, Ermənistan silahlı qüvvələri razılıq elan olunduqdan dərhal sonra yerli vaxtla saat 00.02 radələrindən etibarən Azərbaycanın Cəbrayıl şəhərini, eləcə də Cəbrayıl rayonunun Araz çayı boyunca yerləşən işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutub. Gecə saat 00.05 -dən 03.25 -dək atəşkəsi pozan Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan istifadə edərək iki dövlətin sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarındakı Azərbaycan mövqelərini atəşə tutub.

Atəşin dayandırılması razılığına rəğmən gecə ərzində cəbhədə vəziyyəti gərgin saxlayan Ermənistan silahlı qüvvələri səhər saat 07.00-dan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib.

İkinci dəfə elan olunmasından sonra Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini və onun münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir. Bu, həmçinin humanitar atəşkəsə razılıq əldə edilməsi üçün çalışan vasitəçilərin səylərinə Ermənistanın hörmətsizliyidir.

Azərbaycan humanitar atəşkəsə sadiqdir, lakin öz mülki əhalisini və mövqelərini müdafiə etmək üçün cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!