USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Hikmət Hacıyev: “Döyüş meydanında qalmış 30-a yaxın erməni hərbçinin meyiti bu gün Ermənistana verilib”

“İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan Respublikası tərəfindən humanitar addım atılıb. Bu da Azərbaycanda olan, döyüş meydanında qalmış 30-a yaxın erməni əsgər və zabitin meyitinin Ermənistan tərəfinə verilməsidir”.

APA-nın yerli müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tərtər rayonuna diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan 2 nəfər yaşlı erməninin də qarşı tərəfə verilməsi istiqamətində dövlətimizin başçısı tərəfindən təşəbbüs irəli sürülüb: “Belə tapşırıqlar verilmişdi. Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi. Biz bu xüsusda Rusiya Federasiyasının Müdafiə Nazirliyinin və şəxsən Rusiya Federasiya Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiya Federasiyasının bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və nəticə etibarı ilə də öz vətəndaşlarının, əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılıq vermişdir. İndilərdə bu əməliyyat başa çatdı.

Biz Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun bu prosesdə dəstəyini yüksək qiymətləndirməklə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi, ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə də təşəkkürümüzü bildiririk. Bu, bir daha Azərbaycan Respublikasının humanitar dəyərlərə, beynəlxalq humanitar hüquqa, Cenevrə konvensiyasına sadiqliyini nümayiş etdirir. İki ölkə arasında yaradılmış humanitar koridor vasitəsilə bu əməliyyat həyata keçirilib”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!