Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan ofisinin direktoru Karin Hoerhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə əməkdaşlıq istiqamətləri, o cümlədən birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti “ASAN xidmət” mərkəzi, “ASAN Radio”, “ASAN Təlim Mərkəzi”, “ABAD” etno-butiki, Elektron Hökumətin İnkişafı Mərkəzi, “INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi”nin fəaliyyəti ilə yaxından tanış olub.
Dövlət Agentliyi və GİZ Gəncə, Masallı və Qubada tətbiqi planlaşdırılan iki layihə üzrə əməkdaşlıq qurub. “Yerli İcra Hakimiyyətlərində ASAN Standartlarının Tətbiq Edilməsi”ni əhatə edən layihə çərçivəsində qanunverici baza, xidmətlərin elektronlaşma səviyyəsi, texniki və infrastruktur imkanlarının təhlili, yol xəritələrinin işlənməsi nəzərdə tutulur.
“Yerli İcra Hakimiyyətləri Xidmətlərinin Elektronlaşdırılması” layihəsi isə aidiyyəti regionlarda rəqəmsal savadlılıq səviyyəsinin ölçülməsini, icra hakimiyyətlərinin İT infrastrukturu və mütəxəssis potensiallarının hesablanmasını, əldə edilən nəticələr əsasında ən çox ehtiyac duyulan xidmətlərin elektronlaşdırılmasını əhatə edir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!