USD - 1.7 EUR - 2.0603 RUB - 0.0226 TRY - 0.2166 DAHA ÇOX
SON DƏQİQƏ
Tələbələrin nəzərinə Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub Azərbaycanda son sutkada 4189 nəfər COVID-19-a yoluxub, 2072 nəfər sağalıb, 40 nəfər vəfat edib   Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq
  XİN Rusiya Prezidentinin müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib

“Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasından bölgəmizə birbaşa həmsərhəd olan və onunla çoxillik tarixi əlaqələri  olan yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən 17 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası Prezidentinin verdiyi müsahibə ilə əlaqədar KİV-in sualına cavab olaraq bildirilib.

“Müsahibədə, Rusiya dövləti başçısının vasitəçiliyi ilə bu il 9 noyabr tarixli razılaşmanın əldə olunmasında oynadığı mühüm rol haqqında kifayət qədər ətraflı məlumat verilmişdir. Rusiya Prezidentinin şəxsi rolu, bu il 9 Noyabr tarixli üçtərəfli bəyanatı altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyinə bir zəmanətdir.

Rusiya dövlətinin Prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyəti kimi qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini tamamilə bölüşürük. Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq birliyin atəşkəs çağırışlarını həmişə və tamamilə dəstəkləmişdir.

Rusiya dövləti Prezidenti öz müsahibəsində həll prosesi tarixinə də toxunub.

Rusiya Prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözlər xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir.

Rusiya Prezidentinin verdiyi müsahibədə səsləndirilən ölkəmizin işğal olunmuş ərazilərinin Ermənistanın nəzarəti altında olması barədə açıqlaması son dərəcə mühüm xarakter daşıyır. Bu açıqlama erməni tərəfinin dünya ictimaiyyətini aldatmaqla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimini ön plana gətirmək cəhdlərinin tamamilə uğursuz olduğunu təsdiq edir.

Eyni şəkildə, Ermənistan rəhbərliyinin münaqişə çərçivəsinin genişləndirilməsi və münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək cəhdləri əsassız oldu. Rusiya Prezidenti müsahibəsində bir daha açıq və aydın şəkildə heç kimin Ermənistan ərazisinə təcavüz etmədiyini bəyan etdi. Beləliklə, bütün döyüş əməliyyatlarının 1990-cı illərdə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş yalnız ölkəmizin ərazisində baş verdiyi barədə Azərbaycanın mövqeyi təsdiqləndi.

Xüsusilə qeyd olunmalıdır ki, Rusiya Prezidenti Ermənistan tərəfinin cari ilin 9 noyabr tarixli razılaşmaların şərtlərinin yerinə yetirməkdən ehtimal edilən imtinanı "böyük səhv" və hətta "intihar" kimi xarakterizə etdi. Bu qiymətləndirməyə tamamilə şərik oluruq. Rusiya Prezidentinin müdrikcəsinə qeyd etdiyi kimi, Rusiyanın fəal dəstəyi ilə əldə olunan üçtərəfli bəyanat münasibətlərinin uzun müddətə normallaşdırılması üçün yaxşı zəmin yaradır”, - deyə qeyd olunub.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio