USD - 1.7 EUR - 1.9961 RUB - 2.1625 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevə zəng edib  

Noyabrın 18-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Prezidentin Mətbuat Xidmətindən  verilən xəbərə görə, Şefik Caferoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhün bərpa edilməsi ilə bağlı bəyanatın imzalanmasını alqışlayıb. O qeyd edib ki, əxlaq, ədalət və beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan bu bəyanatın imzalanması bütün regiona sabitlik gətirəcək və yeni perspektivlər açacaq. Şefik Caferoviç Bosniya və Herseqovinanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən mövqeyini və bununla əlaqədar ölkəsinin Parlament Assambleyasının müvafiq qətnamə qəbul etdiyini də dövlət başçısının diqqətinə çatdırıb.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev imzalanmış bəyanatın bütün təfərrüatları və onun yerinə yetirilməsi, eləcə də bölgədə hazırkı vəziyyət barədə Şefik Caferoviçə məlumat verib. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin, Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünə dəstək məsələsi ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndirib.

 

Telefon söhbəti zamanı iki ölkə arasında yüksək səviyyədə dostluq münasibətlərinin mövcudluğu qeyd edilib, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Eyni zamanda, tərəflər koronavirus pandemiyası ilə bağlı vəziyyət imkan verdiyi zaman ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsi barədə razılığa gəliblər.

 
Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!