USD - 1.7 EUR - 2.0603 RUB - 0.0226 TRY - 0.2166 DAHA ÇOX
SON DƏQİQƏ
Tələbələrin nəzərinə Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub Azərbaycanda son sutkada 4189 nəfər COVID-19-a yoluxub, 2072 nəfər sağalıb, 40 nəfər vəfat edib   Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq
Ağdamın işğaldan azad edilməsi yeni iqtisadi təşəbbüsləri canlandırır

Ağdam rayonu işğaldan azad edilməsi ilə yeni iqtisadi təşəbbüsləri özündə canlandırır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ASAN Radioya verilən məlumata görə, rayon ərazisi bitkiçilik və heyvandarlıq üzrə fermer təsərrüfatlarının və aqroparkların yaradılması, sənaye məhəlləsinin formalaşdırılması, müalicəvi və idman turizminin inkişafı istiqamətində geniş perspektivləri özündə əks etdirir.

Ağdam rayonu ticarət mərkəzinin də formalaşması üçün unikal perspektivə malikdir. Topdan və pərakəndə ticarət məntəqələrinin fəaliyyətə başlaması ilə rayon əhalisinin geniş məşğulluğunu təmin etmək mümkündür. Habelə, rayon ərazisi tikinti materiallarının istehsalı ilə əlaqədar keçmiş təcrübəyə malikdir. Şahbulaq yüksəkliyində yerləşən daş karxanasının işinin bərpa edilməsi ilə sözügedən sektorda canlanmanı bərpa etmək olar.

 

Qeyd edək ki, Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayondur. Rayon ərazisinin 1 700 hektarı meşəlik, 91,3 hektar sahə isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir. Kənd təsərrüfatı əsas bitkiçilik məhsullarının istehsalında ilk yerdə tərəvəz – 103 ton, daha sonra dənli və dənli paxlalılar – 53 ton (o cümlədən buğda – 45 ton) və şəkər çuğunduru – 20 ton olmaqla qərarlaşıb (2018-ci il statistika məlumatlarına əsasən). Digər bitkiçilik məhsullarından isə pambıq, üzüm, meyvə və giləmeyvə, dən üçün günəbaxan, kartof və bostan məhsullarını göstərmək olar. Kənd təsərrüfatının heyvandarlıq məhsullarının istehsalında ət, süd, yumurta və yun məhsullarının payı geniş vüsət almış və xüsusilə isə süd məhsullarının üstünlüyü 36 ton olmaqla nəzərə çarpır (həmin ilin 1-i yanvar vəziyyətinə olan mal-qara və quşların sayı nəzərə alınmaqla).

Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları və s. istehsal olunurdu. Ağdam rayonunda traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları emalı ilə bağlı müəssisələr var idi. Həmçinin, 39 tikinti təşkilatı, 29 kənd təsərrüfatı müəssisəsi, 27 sənaye müəssisəsi, 13 kolxoz və 12 sovxoz, 4 ədəd də onlara xidmət edən təşkilatlar olub. Xüsusən də Ağdam Dəzgahqayırma zavodunda 950 nəfər çalışmış və bu zavodun məhsulları keçmiş SSRİ-nin 125 şəhərinə göndərilirdi. Rayonda iki dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət-xidməti kombinatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi müəssisəsi mövcud idi. Rayondakı Taxıl Məhsulları Kombinatı ildə 80 min ton məhsul istehsal edirdi.

Ağdam rayonunun demoqrafik göstəricilərindən: əhalisinin milli tərkibi 2009-cu il siyahıya alınmasına əsasən 99,9% azərbaycanlı, digər 0,1% isə rus, ləzgi, tatar, türk və s. kimi digər millətlərdəndir. Təhsil müəssisələrində təhsil alanların sayı 36 600 nəfər olmaqla əhalinin 18,1%-ni əhatə edib. Ali təhsil müəssisələrində təhsil alanların sayı isə 2431 nəfər olmaqla təhsil müəssisələrində təhsil alanların 6,6%-ni özündə ehtiva edir.

Digər sosial-iqtisadi göstəricilərinə gəldikdə isə 2018-ci il üzrə sənaye üzrə məhsulunun dəyəri 12,6 mln. manatdan ibarət olduğunu qeyd etmək mümkündür (müvafiq ilin qüvvədə olan faktiki qiymətləri ilə). Ticarət və iaşə xidmətlərindən pərakəndə ticarət dövriyyəsinin çəkisi 43,3 mln. manat olmaqla ümumi ölkə üzrə dövriyyədə xüsusi çəkisi 0,12% olduğu statistikanın məlumatlarına əsasən demək olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio