Vaşinqtonda vəziyyət gərginləşib. Hazırkı prezident Donald Trampın tərəfdarları Kapitoliya binasına soxulublar. Atışma baş verib, azı 5 nəfər yaralanıb. Onlardan biri , orta yaşlı qadın ölüb. Etirazçılar bir neçə saatdan sonra binadan uzaqlaşdırılıblar. Amma buna baxmayaraq minlərlə insan "Amerikanı xilas et" şuarı altında mitinqi davam etdiriblər. Xeyli sayda insan saxlanılıb. Polislər arasında da xəsarət alanlar var. Vaşinqton rəhbərliyi şəhərin mərkəzində etiraz və iğtişaşlar fonunda komendant saatı tətbiq edib. Tramp xalqa müraciətində seçkilərin nəticələrini heç vaxt qəbul etməyəcəyini və bununla bağlı güzəştə getməyəcəyini söyləyib. O, daha sonra etirazçıların sayının getdikcə artdığını gördükdən sonra, tvitterdə yazıb ki, hər kəsdən xahiş edirəm ki, sülhə riayət edək. Zorakılığı dayandıraq! Seçkilərin qalibi Cozef Bayden isə təcili olaraq tvitter vasitəsilə xalqa müraciət ünvanlayıb. O bildirib ki, “Tramp Konstitusiyanı müdafiə etmək andını yerinə yetirməli və dərhal televiziya qarşısına çıxaraq tərəfdarlarından Konqresin yerləşdiyi Kapitoliyanın “mühasirəsinə” son qoyulmasını tələb etməlidir.”
XƏBƏR LENTİ