USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Gənclər üçün incəsənət həftəsi keçirilib

“Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində yanvarın 9-dan 14-dək incəsənət həftəsi keçirilib. Tədbir bədən dili, inklüziv rəqs, rəsm terapiyası, oyuncaq hazırlamaq texnikası, hekayə söyləmə və pantomim teatr növünə həsr olunub.

İncəsənət həftəsinə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir, Qazax, Biləsuvar nümayəndəlikləri, Binəqədi, Xəzər və Mingəçevir Gənclər Evlərindən mentor və iştirakçılar qatılıb. Sessiya zamanı iştirakçılar müxtəlif incəsənət janrları ilə tanış olub, interaktiv məşğələlərdə iştirak ediblər. İncəsənət həftəsi boyunca layihə üzvləri uğurlu təqdimat texnikalarını, çıxış üçün bədən dilinin düzgün istifadə qaydalarını, rəsm və oyuncaq terapiyasının əhəmiyyətini, uğurlu hekayə söyləmə və teatr növlərinin kommunikasiyadakı təsirini göstəriblər.

"Yarat, inkişaf et, töhfə ver” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqları aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, UNİCEF Azərbaycan və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!