USD - 1.7 EUR - 2.0043 RUB - 2.1553 TRY - 0.0426 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Milli Məclisin komitələrinin birgə iclasında koronavirusla bağlı mövcud vəziyyət müzakirə edilib

Fevralın 4-də  Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi  siyasət,  sənaye  və sahibkarlıq  komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı  ölkədəki mövcud  vəziyyət, vaksinasiya  və  digər görülən tədbirlər” mövzusunda  videokonfrans formatında dinləmə keçirilib. Dinləməyə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Sədr müavini Fəzail İbrahimli, deputatlar, Səhiyyə Nazirliyinin və müvafiq qurumların nümayəndələri  qatılıblar.

Milli Məclisdən ASAN Radioya bildirilib ki, onlayn toplantını giriş sözü ilə açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki,  koronavirus  infeksiyasının mövcudluğu dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də hər kəsi narahat edir.  Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan bu tədbirin məqsədi  ölkəmizdə pandemiya  şəraitində ümumi vəziyyətin, həyata keçirilən mübarizə  tədbirlərinin müzakirə edilməsidir. Əhliman Əmiraslanov qeyd  edib ki,  COVİD-19  infeksiyasının qarşısının alınması və təhlükəsiz  idarə olunması  dövlət  başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Ötən il Azərbaycanda bununla bağlı böyük işlər  görülüb. 

Komitə sədri məsələ ilə əlaqədar  qanunvericilikdə müəyyən  dəyişikliklər həyata  keçirildiyini diqqətə çatdırıb. Bu gün  koronavirusla  bağlı vəziyyətin stabil olduğunu, yoluxma ilə azalma  arasında  ciddi  fərqin olmadığını  bildirən komitə  sədri  vurğulayıb ki,  heç bir şəkildə arxayınlaşmaq və  profilaktik  müdafiə  tədbirlərini  zəiflətmək olmaz.

Onlayn iclasda İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək əhalinin sağlamlığının qorunması istiqamətində icbari tibbi sığortanın vacib  element  olduğunu  diqqətə çatdırıb.  O, 2020-ci ildə Azərbaycanda  icbari tibbi siğortanın  həyata  keçirilməsinin gedişatı ilə bağlı ətraflı  məlumat verib. Qeyd  edilib ki, ötən il 23 rayonda  icbari tibbi sığorta tətbiq edilib, tibbi xidmətlər zərfində nəzərdə tutulan xidmətlərdən həmin rayonların əhalisinin təqribən 50 faizi istifadə edə bilib. Zaur  Əliyev əhalinin göstərilən xidmətlərdən çox məmnun qaldığını da vurğulayıb. 

Sonra İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova icbari tibbi  sığorta haqqında  qanunvericiliyə təklif edilməsi  nəzərdə  tutulan  dəyişikliklərdən danışıb. 

Onlayn dinləmədə   “Tibbi  Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı  çıxış edərək qurumun  pandemiya  dövründə  gördüyü işlər,  xəstəliyin müəyyən olunması, müalicənin aparılması, infeksion nəzarət və izolyasiya, icra, koordinasiya və nəzarət  qruplarının  fəaliyyəti,  vaksinasiya prosesi  barədə ətraflı məlumat verib. 

TƏBİB rəhbəri çıxışında bu sahədə maddi-texniki bazanın təkmilləşdirilməsi, sərhəd-buraxılış  məntəqələrində  prosesin idarə olunması, xəstələrə psixoloji  dəstək xidmətləri, beynəlxalq  əməkdaşlıq məsələlərindən geniş söhbət  açıb. Bildirilib ki,  pandemiya  dövründə ölkəmizdə  çarpayı fondu 2046 olan 12 yeni Modul tipli xəstəxana,  çarpayı fondu 570 olan  Yeni Klinika istifadəyə  verilib. Ötən il ərzində tibb müəssisələri 4474 ədəd yeni cihaz və avadanlıqla təmin edilib. COVID-19-la  mübarizə məqsədilə ÜST, UNICEF, AEBA, AİB kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqlar qurulub, çoxsaylı  ortaq layihələr həyata keçirilib. 

Dinləmələrdə çıxış edən Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, İqtisadi  siyasət, sənaye  və sahibkarlıq komitəsinin sədri Tahir  Mirkişili, deputatlardan  Vahid Əhmədov, Əli Məsimli, Məlahət  İbrahimqızı, İlham Məmmədov, Mahir Abbaszadə, Məşhur Məmmədov, Sədaqət Vəliyeva,  Kamilə Əliyeva, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev virusla  mübarizə sahəsində görülən işləri  yüksək  qiymətləndirib, bu tədbirlərin virusun qarşısının  alınmasında  böyük rol oynadığını bildiriblər. Hər bir  çıxışda  dövlət  rəhbərliyinə  minnətdarlıq   ifadə  edilib. Qeyd  edilib ki, yoluxma sayının azalması infeksiyanın tamamilə yox olması  demək  deyil  və  bu, insanları  arxayınlaşdırmamalıdır.

Onlayn toplantıda millət  vəkillərini maraqlandıran suallara   aydınlıq  gətirilib. 

Dinləmədə deputatlardan  Ziyad Səmədzadə, Rəşad Mahmudov, Ülvi Quliyev, Vüqar Bayramov, Rüfət  Quliyev, İqbal Məmmədov, Anatoliy Rafailov, Soltan Məmmədov, Kəmaləddin Qafarov, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdir əvəzi Teymur Musayev iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!