USD - 1.7 EUR - 1.9409 RUB - 2.1107 TRY - 0.0418 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib.

Videokonfrans formatında təşkil olunan və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi görüşün əsas məqsədi Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” sisteminin videoqeydiyyat imkanının təqdim edilməsi olub.

Azərbaycan İnternet Forumunun prezidenti, İctimai Şuranın koordinatoru Osman Gündüz dövlət xidmətlərinin daha sürətlə inkişaf etdiyi dövrdə bu cür görüşlərin keçirilməsinin və yeni xidmətlərin müzakirəsinin vacibliyini vurğulayıb.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini Mehdi Cavadov “Single Sign On” (Vahid Giriş Sistemi) – prinsipi əsasında yaradılan “ ASAN Login” layihəsinin üstünlüklərindən söhbət açıb. O bildirib ki, “ASAN Login”də istifadəçi sayı əhəmiyyətli dərəcədə, 2020-ci ilin yekunlarına görə 3 dəfədən çox artaraq 1 milyon 741 min təşkil edib.

“ASAN Login” üzrə layihə rəhbəri Tural Həsənov video qeydiyyatla bağlı geniş təqdimat edib, sistem üzərindən əyani şəkildə göstərilib. Bildirilib ki, sistemdə videoqeydiyyatdan keçmiş vətəndaşın şəxsiyyətinin müəyyən olunması üçün süni intellekt həllərindən də istifadə edilir.

Təqdimatdan sonra “ASAN Login” layihəsinin üstünlüyü və xüsusilə yeni yaradılmış video qeydiyyat imkanı ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə İctimai Şura üzvləri tərəfindən yaranan suallar cavablandırılıb və təkliflər müzakirə olunub.

Qeyd edək ki, hazırda inteqrasiya olunan sistemlərlə birlikdə “ASAN Login” 50 sistemə girişi təmin edir. Bu isə öz növbəsində bir çox istifadəçi adı və parolu yadda saxlamaq ehtiyacını aradan qaldırır, məlumat sızması təhlükəsini minimuma endirir. O cümlədən zamana qənaət etmək və məlumatları vahid məkandan idarə etmək imkanları yaradır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!