Türkiyənin milli müdafiə naziri Hulusi Akar ona “torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verən Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailəsinə məktub göndərib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, məktub Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşı tərəfindən V. Məmiyevin Yardımlı rayonunun Kürəkçi kəndində yaşayan ailə üzvlərinə çatdırılıb.
“Şanlı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı torpaqlarını azad etdiyi 44 günlük müharibədə ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizi dərindən kədərləndirdi. Baş leytenant Valeh vətən torpağını işğaldan azad edəcəyinə dair verdiyi sözü tutdu, Qubadlı rayonunda yaşayış məntəqələrindən birinin azad edilməsindən sonra şəhadət məqamına ucaldı. Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq”, - deyə H. Akar məktubunda bildirib.
Nazir məktubunda qeyd edib ki, Türkiyə bütün imkanları ilə sona qədər Azərbaycanın yanında olacaq.
H. Akar Məmiyevlər ailəsini Türkiyəyə dəvət edib.
Məmiyevlər ailəsi məktuba görə H. Akara təşəkkür edib.
Qeyd edək ki, V. Məmiyev Türkiyə-Azərbaycan hərbi təlimlərində göstərdiyi yüksək bacarığa görə mükafat alıb. O, H. Akara “torpaqlarımızı azad edəcəyik” sözünü verib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!