USD - 1.7 EUR - 2.0331 RUB - 0.0222 TRY - 0.2117 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılır Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb Bakının Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməli qoyulub - Yenilənib
DÇ-2022: Millimiz bu gün Serbiya yığması ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qonaq edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da start götürəcək.

İndiyədək Azərbaycan və Serbiya yığmaları 5 dəfə qarşılaşıb. Bunlardan 4-ü rəsmi, 1-i isə yoldaşlıq oyununa təsadüf edib. Oyunlardan 1-də Azərbaycan, 3-də Serbiya qalib gəlibsə, daha 1 oyunda heç-heçə qeydə alınıb. Topların nisbətində də rəqib komanda öndədir - 14:6.

Yığmanın heyətində müdafiəçi Bəhlul Mustafazadə zədəlidir. "Sabah"ın futbolçusunun oynayıb-oynamayacağı sual altındadır. Serbiyalılar isə Bakıya 3 itki ilə gəlib. Almaniya "Verder"ində çıxış edən müdafiəçi Miloş Velkoviç və Rusiya "Rubin"inin hücumçusu Corce Despotoviç zədə, İtaliya "Fiorentina"sının müdafiəçisi Nikola Milenkoviç isə cəza səbəbindən meydana çıxa bilməyəcək.

Azərbaycan millisi qrupdakı ilk matçında Portuqaliyaya 0:1, yoldaşlıq görüşündə Qətərə 1:2 hesabı ilə uduzub. Serbiya yığması isə qrupdakı hər iki oyununu evdə keçirib. İrlandiyaya 3:2 hesabı ilə qalib gələn Draqan Stoykoviçin rəhbərlik etdiyi komanda Portuqaliya ilə oyunda heç-heçəyə razılaşıb - 2:2.

Hazırda qonaqlar 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Xalı olmayan Azərbaycan millisi isə 4-cü pillədə qərarlaşıb.

DÇ-2022-nin seçmə mərhələsi

 

III tur

 

A qrupu

 

20:00. Azərbaycan - Serbiya

 

Hakimlər: Roy Raynşrayber, David Elias Biton, Sagi Metzamber, David Fuksman (hamısı İsrail)

 

Bakı Olimpiya Stadionu

 

Xal durumu: Serbiya - 4, Portuqaliya - 4, Lüksemburq - 3, Azərbaycan - 0, İrlandiya - 0.

 

Qeyd edək ki, bu qrupun digər matçlarında Lüksemburq Portuqaliya ilə, Qətər isə İrlandiya ilə üz-üzə gələcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio