USD - 1.7 EUR - 2.0331 RUB - 0.0222 TRY - 0.2117 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılır Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb Bakının Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməli qoyulub - Yenilənib
Türkiyəyə şəxsiyyət vəsiqəsilə getməyin şərtləri

Aprelin 1-dən etibarən Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı vacib məqamlar açıqlanıb.

ASAN Radio xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin Facebook səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, 10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb və məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Bu protokolun qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsi ilə digərinin ölkəsinə 90 gün müddətlik vizasız turistik səyahət edə biləcək.

Şəxsiyyət vəsiqəsi ilə səyahət zamanı Azərbaycan vətəndaşlarının Türkiyəyə girişində, Türkiyə vətəndaşları isə Türkiyəni tərk edərkən onlara iki dildə "Giriş-Çıxış Forması" veriləcək ki, bu fomada giriş-çıxış ştampları qeyd olunacaq.

Hər iki ölkə vətəndaşları həmin "Giriş -Çıxış Forması"nı Türkiyədə və Azərbaycanda olduqları müddətdə özləri ilə gəzdirməli və giriş-çıxış zamanı sərhəddə müvafiq səlahiyyətlilərə şəxsiyyət vəsiqəsi ilə birgə təqdim etməlidir.

Səfirlik bildirib ki, Azərbaycana yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səyahət edən Türkiyə vətəndaşları şəxsiyyət vəsiqələrini itirdiyi təqdirdə geri qayıtmaq üçün lazım olan müvəqqəti pasporta müraciət edərkən fotoşəkil və şəxsiyyət vəsiqəsinin nömrəsi olan başqa bir sənəd təqdim etməlidir.

Yeni nəsil şəxsiyyət vəsiqəsindən səyahət sənədi olaraq yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səyahətlərdə istifadə etmək mümkündür. Üçüncü ölkələrdən Türkiyəyə və ya Azərbaycana gələrkən pasport istifadəsi məcburidir.

Yaşayış icazəsi müraciəti zamanı yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə edilə bilməz. Türkiyədə və ya Azərbaycanda 90 gündən çox qalmaq istəyən vətəndaşlar qalmaq istədikləri müddətdən 60 gün daha çox etibarlılıq müddəti olan pasportlarla qalmaq icazəsi üçün müraciət edə bilərlər.

Azərbaycana daxil olan bütün xarici vətəndaşlar bu ölkədə on beş gündən çox qalmaq niyyətində olduqları təqdirdə, Dövlət Miqrasiya Xidmətinə (https://eservice.migration.gov.az/) ünvan barədə məlumat verməlidir. Azərbaycanda 15 gündən çox qalacaq Türkiyə vətəndaşları da bu tələbi vaxtında yerinə yetirməlidir.

Səfirlikdən, həmçinin bildirilib ki, COVID-19 epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyun 2021-ci ilə qədər uzadılıb. Xüsusi karantin rejiminin qüvvədə olduğu dövrdə yalnız Azərbaycanda yaşamaq üçün icazəsi olan və ya yaxın qohumu (valideyn, arvad, övladı) Azərbaycan vətəndaşı olan xarici vətəndaşların Azərbaycana girişinə icazə verilir. Bu sahəyə daxil olmayan xarici vətəndaşlar Azərbaycana gəlməzdən əvvəl Azərbaycan Nazirlər Kabinetindən ölkəyə giriş icazəsi almalıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio