USD - 1.7 EUR - 2.0331 RUB - 0.0222 TRY - 0.2117 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılır Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb Bakının Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməli qoyulub - Yenilənib
Dövlət Agentliyi “Baykar” şirkəti ilə əməkdaşlığı gücləndirir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb.

Görüş zamanı “Baykar” şirkətinin və  “Türkiyə Texnoloji Takımı”nın (T3)  “Deneyap” proqramının Azərbaycanda icra olunması istiqamətində danışıqlar aparılıb.  “Deneyap” proqramı uşaq və gənclər üçün 2 illik təlim və 1 il ərzində layihə hazırlanmasından ibarət texnoloji təhsil proqramıdır. Proqramın məqsədi texnologiyaların inkişafı üçün gənclərin tədqiqat və bacarıqlarının artırılmasıdır. 

Müvafiq əməkdaşlıq çərçivəsində Dövlət Agentliyi ilə “Baykar” şirkəti, həmçinin “Türkiyə Texnoloji Takımı” (T3)  arasında innovasiya və texnoloji təhsil sahəsində imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Baykar” şirkəti ilə Dövlət Agentliyi arasında əməkdaşlıq 2020-ci ilin 4-6 dekabr tarixində Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən təşkil olunmuş “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” çərçivəsində qurulub. “Baykar” şirkətinin rəhbəri və " Türkiyə Texnoloji Takımı”nın (T3)  həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar Hakatonun rəsmi açılış mərasiminda iştirak edib, eyni zamanda jüri üzvü olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio