“ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Gənclər Fondunun birgə əməkdaşlığı ilə “Qarabağ inciləri” layihəsi həyata keçirilir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ASAN Radioya verilən məlumata görə, layihənin əsas məqsədi Qarabağın qədim tarixi abidələri, memarlığı haqqında maarifləndirmə, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına vasitəçi olmaqdır.
Layihənin əsas təbliğatı “ASAN Könüllüləri” Təşkilatının sosial şəbəkələrdəki rəsmi hesablarında həyata keçirilib. İlk növbədə layihə haqqında xüsusi posterlər vasitəsilə geniş məlumat paylaşılıb. Sonra mütəmadi olaraq müəyyən qrafikə əsasən videoçarxlar paylaşılıb.
Lahiyə çərçivəsində bu günə qədər Azərbaycan dili və 4 xarici dildə hazırlanmış Qarabağın 10 əsrarəngiz rayonunun: “Qarabağın muğam ocağı - Ağdam”, “Qarabağın ibadətgahı - Füzuli”, “Qarabağın qızıl sərvəti - Kəlbəcər”, “Qaçaq Nəbinin yadigarı - Qubadlı”, “Könüllülərin körpüsü - Cəbrayıl”, “İlk insan yurdu - Xocavənd”, “Ruhumuzun qanadı - Laçın”, “Başı çinardan uca - Zəngilan”, “Tarixin qanlı səhifələrinin şahidi - Xocalı”, “Qarabağ xanlarının məskəni - Xankəndi” ərazilərində yerləşən qədim, tarixi memarlıq abidələri haqqında videoçarxlar paylaşılıb.
Bu gün isə Azərbaycanın dilbər güşələrindən olan, Xan Şuşinskinin səsini qoynunda saxlayan, şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan Şuşa şəhəri haqqında hazırlanmış videoçarx təqdim edilib.
Videoçarxa keçid: https://youtu.be/S3sWvsdBx4Q
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!