USD - 1.7 EUR - 2.0029 RUB - 2.1438 TRY - 0.0427 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı 500.000-i ötüb

2021-ci ilin aprel ayında “ASAN ödəniş” sistemində açılan şəxsi kabinet sayı 500 mini ötərək ümumilikdə 500 418 şəxsi kabinet təşkil edib. 

Sistemdə şəxsi kabinet yaradan vətəndaş bir sıra üstünlüklər əldə edir: 

Dövlət Yol Polisi tərəfindən tərtib edilən cərimələr haqqında məlumat əldə edir; 

Avtomobilin texniki baxış talonu haqqında operativ məlumat əldə edir;

Texniki baxış və tərtib edilən protokollar haqqında vətəndaşa pulsuz SMS və email bildirişlər göndərilir;

Ödəniş tarixçəsi bölməsində zaman aralığı təyin etməklə, bu aralıqda həyata keçirilən ödənişlərlə tanış ola bilir;

Xüsusi imkanlar bölməsində mütəmadi həyata keçirilən ödənişləri hesaba bağlaya bilir;

Sürücülər çıxarışlar bölməsində gün ərzində üç dəfə inzibati xətalara dair protokol, yol hərəkəti və yol hərəkəti təhlükəsizliyi haqqında inzibati cərimənin mövcud olmaması haqqında sübut əldə edə bilirlər;  

Şikayətlər bölməsində vətəndaş ona tərtib olunan inzibati protokola dair şikayət göndərə bilir;

Hazırda mərkəzi və yerli icra hakimiyyətləri, məhkəmə orqanları, publik hüquqi şəxslər, hüquqi şəxslər, özəl təşkilatlar və ödəniş xidməti təchizatçıları olmaqla “ASAN ödəniş” sisteminə ümumilikdə 300-dən çox qurum inteqrasiya edilib. Bu qurumlar tərəfindən “ASAN ödəniş” sistemində vətəndaşlara inzibati cərimə ödənişləri, rüsum, vergi və gömrük ödənişləri, kommunal ödənişlər, rabitə ödənişləri, ədliyyə və məhkəmə ödənişləri, kredit və lizinq ödənişləri, sığorta ödənişləri, təhsil ödənişləri,  yardım fondları üzrə ödənişlər, internet və kabel TV ödənişləri, həmçinin digər xidmətləri əhatə edən 670-dən çox xidmət göstərilir. Qeyd edək ki, sistemdə qeydiyyatdan keçmədən də ödənişləri həyata keçirmək mümkündür. 

“ASAN ödəniş” sistemi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə edilir. Sistem hazırda 10 mindən çox terminal, asanpay.az veb-səhifəsi, həmçinin “iOS” və “Android” əməliyyat sistemlərindən yüklənməsi mümkün olan “ASAN ödəniş” mobil tətbiqi vasitəsilə vətəndaşlara xidmət göstərir. 

“ASAN ödəniş”də qeydiyyat haqqında təlimat videosu ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://youtu.be/xM89ZVykBfA

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!