“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna (AZİNNEX) daxil olan texnoloji şirkətlərin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “İnnovasiyalar Mərkəzi”, “SİNAM”, “Ultra”, “İDRAK”, “B.EST Solutions”, “BestComp” və “CyberNet” şirkətlərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində texnologiya şirkətlərinin universitetlərlə əlaqələrinin genişləndirilməsi istiqamətində potensial əməkdaşlıq istiqamətləri və mentorların yetişdirilməsi üzrə əmək bazarının tələbləri müzakirə edilib. İnnovasiya sahəsində kadr potensialının artırılması, universitetlərdə startap ekosisteminin inkişafı məqsədilə tələbələrin startap kimi yetişdirilməsi və ideya mərhələsində olan startaplarının təkmilləşdirilməsi üçün birgə əməkdaşlıq proqramlarının hazırlanması ilə bağlı razılıq əldə olunub.
Xatırladaq ki, 6 aprel 2021-ci il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!