USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Regionlarda elektron xidmətlər barəsində savadlılığın artırılması” layihəsi başa çatıb  

22 sentyabr 2021-ci il tarixində “Regionlarda elektron xidmətlər barəsində savadlılığın artırılması” layihəsinin bağlanış mərasimi keçirilib. 

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Nümayəndəliyinin (KOİCA) dəstəyi ilə həyata keçirilib.

Tədbirdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, KOİCA-nın Azərbaycan Nümayəndəliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun, təlim iştirakçıları iştirak ediblər. 

Tədbirdə layihə haqqında və əldə olunan nəticələr barədə təqdimat keçirilib. 

Layihənin əsas məqsədləri pandemiya reallığını nəzərə alaraq ənənəvi xidmət müraciətlərinə alternativ olaraq elektron xidmətlərlə bağlı regionlarda yaşayan ölkə vətəndaşlarının məlumatlılığını və xidmətlərin əldə edilməsində savadlılığını artırmaq olub. 4 avqust 2021-ci il tarixindən start verilmiş layihə çərçivəsində Bakıda 10 nəfər, Gəncədə 301 nəfər, Şamaxıda 490 nəfər, Qubada 488 nəfər, Balakəndə 441 nəfər, Şəkidə 75 nəfər, onlayn vebinarlarda keçirilən təlimlərdə isə 138 nəfər, ümumilikdə 1943 nəfərdən çox təlim iştirakçısı maariflənib. Layihənin icrası çərçivəsində təlimlər Dövlət Agentliyinin nümayəndələri tərəfindən aparılıb. İştirakçılara elektron və rəqəmsal hökumət, xidmətlər, Dövlət Agentliyi tərəfindən bu sahədə görülən işlər, “Elektron hökumət” (e-gov.az) və “myGov” portalları üzrə təlimlər keçirilib. 

Təlim dövründə vətəndaşlardan anonim rəy sorğuları alınıb. Müvafiq sorğuların nəticələri Elektron Hökumətin İnkişafı Mərkəzinə elektron xidmətlərin göstərilməsinin keyfiyyətinin artırılması və regionlarda elektron xidmətlərin əldə edilməsinin əsas problemlərinin həlli istiqamətində töhfə verilməsi üçün təqdim edilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!