USD - 1.7 EUR - 1.9044 RUB - 2.125 TRY - 0.0438 DAHA ÇOX
YENİLİKLƏR
“ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb Ötən həftə daha #ASAN oldu    28 aprel - 4 may   #AYNA-nın şöbə müdiri Tural Orucov "QəbuldASAN"da Ötən həftə daha #ASAN oldu - 17-23 fevral 2025 “ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb
Dövlət Agentliyinin nümayəndə heyəti ICESCO-nun Baş direktoru ilə görüşüb

Mərakeş Krallığına işgüzar səfər çərçivəsində  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Görüş çərçivəsində “ASAN xidmət”, həmçinin Dövlət Agentliyi tərəfindən elektron hökumət və sosial innovasiyalar sahəsində görülən işlər barədə geniş təqdimat edilib.

ICESCO-nun Baş direktoru Dövlət Agentliyi tərəfindən müvafiq istiqamətlər üzrə həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirib. Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizin qabaqcıl təcrübəsinin və burada tətbiq olunan müasir həllərin ICESCO-ya üzv ölkələrdə də bölüşülməsinin zəruri olduğu vurğulanıb.

Dövlət Agentliyi ilə ICESCO arasında imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində həyata keçirilən işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb. Xidmətlərin göstərilməsi sahəsində sosial innovasiyaların və ağıllı həllərin tətbiqi, eləcə də birgə startup və akselerasiya proqramlarının həyata keçirilməsi ilə əlaqədar razılığa gəlinib.

Bundan əlavə “Xidmətdə Mükəmməlik üzrə ASAN ICESCO mükafatı”na dair müsabiqənin təşkili şərtləri ilə əlaqədar məsələlərə dair müzakirələr aparılıb.

Səfər proqramı ərzində Dövlət Agentliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının tərkibində ticarətin və investisiyaların təşviqi üzrə köməkçi orqan kimi fəaliyyət göstərən Ticarətin İnkişafı üzrə İslam Mərkəzinin nümayəndələri ilə görüşüb. Görüş zamanı  Dövlət Agentliyinin fəaliyyət istiqamətləri çərçivəsində mümkün əməkdaşlıq perspektivləri barədə müzakirələr həyata keçirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!