“myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalında istifadəçi sayı 700 mini keçib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan və idarə edilən “myGov”da istifadəçi sayı 2021-ci ilin əvvəlinə nisbətən 1,6 dəfə, 2020-ci ilin əvvəlinə nisbətən isə 16 dəfə artıb.
Agentlikdən ASAN Radio verilən məlumata görə, proaktiv elektron xidmət göstərən “myGov”da hesab açmaqla vətəndaşlar özü haqqında dövlət qurumları tərəfindən təqdim olunan məlumatlarla tanış olmaq, məlumatlarda səhvlik və ya natamamlıqla bağlı müraciət etmək, məlumatlarının kim tərəfindən sorğulandığı haqqında məlumat əldə etmək imkanı qazanırlar. Hazırda inteqrasiya olunan sistemlərlə birlikdə “myGov” 710 xidmətə giriş təmin edilir.
Bununla yanaşı sənədlərin son etibarlılıq tarixi və digər mövzularda 18 növ bildiriş göndərilir ki, bu da vətəndaşları sənədlərin vaxtının bitməsi haqqında əvvəlcədən məlumatlandırır, vaxtı bitmiş sənədlərlə bağlı xoşagəlməz hadisələrin qarşısını alır.
Qeyd edək ki, 2021-ci ildə “myGov”a COVID-19 vaksin və immunitet sertifikatları inteqrasiya olunub. Vətəndaşlar şəxsi kabinetlərində yerləşdirilmiş sənədinin QR kodu oxutdurmaqla COVID-19 pasportu tələb olunan qurum və müəssisələrə rahat daxil ola bilirlər.
Mobil texnologiyaların inkişafı tendensiyası nəzərə alınmaqla, həmçinin vətəndaşların elektron hökumət xidmətlərinə çıxış imkanlarını daha da genişləndirmək məqsədilə bu il “myGov”un mobil tətbiqi də istifadəyə verilib.
Mobil tətbiqi, həm “iOS”, həm də “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdaki linklər vasitəsilə keçid edərək, yükləyib, istifadə edə bilərlər:
• "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my
• "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540
"myGov" mobil tətbiqinin yeni versiyasına təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə biometrik identifikasiya funksiyası əlavə olunub. “Android” istifadəçiləri artıq tətbiqə barmaq izi, “iOS” istifadəçiləri isə həm barmaq izi, həm də üztanıma funksiyası ilə daxil ola bilirlər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!