USD - 1.7 EUR - 1.9208 RUB - 0.023 TRY - 0.1238 DAHA ÇOX
SON DƏQİQƏ
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” beynəlxalq kampaniyasına start verilir ASAN Radioda yeni layihə  Tezliklə Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan “Zəfər”  Yarmarkası keçiriləcək   Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı vebinar keçirilib - VİDEO Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı vebinar keçirildi
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” beynəlxalq kampaniyasına start verilir

25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür. Hazırda qadınlara qarşı zorakılıq geniş yayılmış insan hüquqları pozuntusu olaraq qalır. Dünyada hər 3 qadından 1-i 15 yaşından bəri ən azı bir dəfə məişət zorakılığı və ya cinsi zorakılıqla üzləşir. COVİD-19 pandemiyası dövründə qadınlara qarşı zorakılıq kəskinləşib.

Bu günün qeyd olunması ideyası qadınlara qarşı zorakılığın formaları ilə bağlı məlumatlılığın artırılması və onların qarşısının alınması və aradan qaldırılmasının təbliğatını aparmaq məqsədi daşıyır. Hər il bu tarixdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” beynəlxalq kampaniyasına start verilir. 16 günlük fəaliyyət dekabrın 10-da – Ümumdünya İnsan Hüquqları Günündə bitir. 

İstanbul Konvensiyası kimi tanınan, Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı  mübarizə haqqında Avropa Şurası Konvensiyası qadınlara qarşı zorakılığa son qoyulması ilə bağlı dövlətlərə istiqamət verən sənəddir. 

Azərbaycan İstanbul Konvensiyasının hazırlanmasında iştirak etsə də, bu beynəlxalq müqaviləni hələ də imzalamayıb. Hazırda Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçünTərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi bu sahədə Azərbaycan hökumətinə dəstək verir. İstanbul Konvensiyası həm zorakılıq qurbanlarına, həm də bütövlükdə cəmiyyətlərə fayda verə bilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio