USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Radio kanallarında aparılmış monitorinqin nəticələri açıqlanıb

İyunun 16-da Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Radioların dili monitorinq aynasında” adlı tədbir keçirilib.

ASAN Radio xəbər verir ki, 11 radio kanalında aparılmış monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə mərkəzin əməkdaşları, radioyayım şirkətlərinin rəhbər və məsul şəxsləri, tanınmış diktorlar iştirak ediblər.

Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva indiyədək 60 sayt, 12 televiziya və 11 radio kanalı, eləcə də televiziyalarda nümayiş olunan dublyaj filmlərinin monitorinqi nəticəsində 15 minə yaxın dil faktının geniş təhlil edilməklə ictimaiyyətə açıqlandığını bildirib. 

Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova “Radioların dili monitorinq aynasında” adlı məruzəsində qeydə alınmış 4500 dil faktından 3484-nün hesabata daxil edildiyini, monitorinq nəticəsində 897 orfoepik, 790 leksik, 554 qrammatik, 1243 üslub və ifadə səhvinin müəyyənləşdirildiyini nəzərə çatdırıb. 

Müzakirələrdə kütləvi informasiya vasitələrində Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı tövsiyə və təkliflər səsləndirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!