ASAN Radio xəbər verir ki, bu gün Azərbaycanın Xalça Muzeyində "Əlvan İplərin ounu Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından Pirot kilimləri" adlı sərgi öz işinə başlayıb.
Qeyd edək ki, Serbiyada ən qədim və ən əsas kolleksiyalardan biri olan Pirot kilimləri kolleksiyasına 1792-1932-ci illərdə toxunmuş 169 ədəd xalça daxildir.
Bundan əlavə, Azərbaycan Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyi arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, 2017-ci ilin may-iyun aylarında Belqrad Etnoqrafiya Muzeyində "Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xovsuz xalçalar və xalça məmulatları" adlı sərginin keçirilməsi planlaşdırılır.
Xalça Muzeyinin direktoru Şirin Məlikova öz fikirlərini bölüşüb.
Aşağıdakı linkdən səs yazısını dinləyə bilərsiniz.
XƏBƏR LENTİ