ASAN Radio xəbər verir ki, dünya futbol tarixinin məşhur ulduzlarından olan argentinalı Dieqo Maradona, Kuba inqilabının sabiq lideri Fidel Kastronun ölüm xəbərini Buenos-Ayresdən telefonla aldığını bildirib.
Xəbərdən şok yaşadığını deyən Maradona "Son dərəcə təəssüf edirəm. O mənim üçün ikinci bir ata kimi idi", - deyə vurğulayıb.
Qeyd edək ki, Maradona bir dövr Kubada qalaraq narkotik asılılığına qarşı müalicə alırdı.
Dieqo Maradona dəfələrlə Fidel Kastro ilə görüşüb və ona olan məhəbbətini dilə gətirib. Fidel Kastronu "böyük dost" adlandıran Dieqo Maradonanın bir ayağında Kastroya bənzəyən döymənin olduğu da bildirilir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!