Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov Asan Könüllüləri iə görüş keçirilib.
ASAN Radionun məlumatına görə, Taleh Ziyadov bildirib ki, “ASAN xidmət” Azərbaycanın ən böyük dəyərlərindən biri, markası, brendidir. Onun sözlərinə görə, ASAN Könüllüləri bu brendin inkişafına mühüm töhfə verirlər. Amerika Birləşmiş Ştatlarında və Böyük Britaniyada elmi dərəcələr almış Taleh Ziyadov könüllülərlə öz təcrübəsini bölüşərək onların suallarını cavblandırıb, təklif və ideyalarını dinləyib.
“ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov deyib ki, belə görüşlər könüllülərin uğurlu gələcəyi üçün olduqca vacibdir.
Qeyd edək ki, bir ildər artıq davam edən bu görüşlər “İnnovativ idarəetmə” adı altında həyata keçirilir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!