Bu gün ASAN Radio 100 FM-in 1 yaşı tamam olur!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan “ASAN Radio” 24 dekabr, 2015-ci il tarixdə yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olaraq “ASAN Radio” sosial, elm, idman, mədəniyyət və digər sahələrində maraqlı, faydalı verilişlər hazırlayaraq dinləyicilərə təqdim edir.
“ASAN Radio” həm “ASAN xidmət” mərkəzlərində təmsil olunan, həm də digər dövlət qurumlarının xidmətləri barədə dinləyiciləri ətraflı məlumatlandırır, vətəndaşlarla dövlət qurumları arasında əlaqəni möhkəmləndirir.
Xəbər istehsalçısı olan “ASAN Radio” məlumatları dinləyicilərə operativ şəkildə çatdırır. Bundan başqa, asanradio.az saytı radionun istehsalı olan audio və videomaterialları, ölkədə, xaricdə baş verən hadisələrlə bağlı xəbərləri oxuculara təqdim edir.
“ASAN Radio” həm də gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, BDU-nun jurnalistika fakültəsinin tələbələri burada təcrübə keçərək radio yayımçılığının müasir metodlarını öyrənirlər.
“ASAN Radio” sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı efirlər, videoreportajlar yayımlayır.
“ASAN Radio” Azərbaycan və dünya musiqisindən seçmələri dinləyicilərə təqdim edir.
“ASAN Radio” beynəlxalq əlaqələr və radiokörpülər qurur, ölkəmizdə və beynəlxalq miqyasda keçirilən mötəbər tədbirləri canlı yayımlayır, sosial aksiyalarda iştirak edir.
Müxtəlif dövlət qurumları, həmçinin bizneslərini inkişaf etdirən özəl strukturlar “ASAN Radio”nu etibarlı tərəfdaş olaraq seçir və təbliğat platformasından yararlanırlar.
“ASAN Radio” Bakıda və Abşeron yarımadasında 100 FM tezliyində yayımlanır. Bundan başqa, radionu asanradio.az saytı vasitəsilə və xüsusi olaraq “ASAN Radio” üçün hazırlanan mobil tətbiqlərdən istifadə etməklə dinləmək mümkündür.
“ASAN Radio” 100 FM– faydalı məlumat dalğası!
Əlaqə: (012) 444 74 74, (077) 251 55 44
E-mail: [email protected]
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!