USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Qətl edilmiş uşaqlar” kitabının təqdimat mərasimi olub

Azərbaycan Yazıçılar Birliyində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən nəşr edilmiş “Qətl edilmiş uşaqlar” kitabının təqdimat mərasimi olub. Bu barədə ASAN Radio xəbər verir.

Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Dağlıq Qarabağ münaqişəsi zamanı qətlə yetirilən Azərbaycanlı uşaqlardan bəhs edən kitabın ciddi əhəmiyyət daşıdığını vurğulayıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov “Qətl edilmiş uşaqlar” kitabının müharibə qurbanları ilə bağlı məsələlərin və ermənilər tərəfindən humanitar normaların pozulması faktlarının öyrənilməsində böyük əhəmiyyət daşıyıdığını qeyd edib.

O bildirib ki, Ermənistan  Respublikası  “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozaraq Azərbaycan vətəndaşlarına qarşı məqsədli terror, soyqırım, etnik təmizləmə siyasətini irəli sürüblər.

Tədbirdə iştirak edən Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca, xalq şairi Nəriman Həsənzadə, millət vəkilləri Nizami Cəfərov və Aqil Abbas, xalq yazıçısı Mövlud Süleymanlı, Yazıçılar Birliyinin katibi Rəşad Məcid də kitabın əhəmiyyətliyindən danışaraq, bir neçə dilə tərcümə olunması təkliflərini də irəli sürüblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!