USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyi Nümayəndələri Bəyanat verdilər

ASAN Radio xəbər verir ki, Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyi Nümayəndələri Bəyanat verdilər. Bəyanatda deyilir:

"Biz, Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyi nümayəndələri bildiririk ki,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədən 27 il ötməsinə baxmayaraq, Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi dəhşətli qırğını heç bir zaman unutmayacağıq. Həmin gecə Ermənistanın işğalçı iddialarına qarşı çıxan qardaş Azərbaycan xalqı Bakının küçə və meydanlarına çıxaraq öz haqqını tələb edirdi. Azərbaycan xalqının qəhrəman oğul və qızları bir nəfər kimi öz etiraz səsini qaldıraraq dinc  vasitələrlə hüquqlarının qorunmasını istəyirdilər. Ancaq Sovet rəhbərliyinin birbaşa göstərişi ilə xalqın bu dinc mübarizəsinə qarşı yeridilən qoşun Bakıda misli görünməmiş qanlı faciəyə səbəb oldu. Belə ki, Sovet qoşunlarının törətdiyi qırğın nəticəsində Bakıda 134 dinc vətəndaş öldürüldü, 600-dən çox insan yaralandı, 800-dən çox adam isə haqsız yerə həbs edildi. Qətlə yetirilənlər arasında beş millətin nümayəndələri, o cümlədən uşaqlar, qocalar, qadınlar və əlillər də var idi.

Allahın biz insanlara göndərdiyi müqəddəs Quran kitabında buyurulur: “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz.” Ümumiyyətlə, şəhidlik ölümlərin ən şərəflisidir. Şəhidlər sərvəri İmam Hüseyn Əleyhissəlamın gözəl bir kəlamı vardır: “Mən ölümü xoşbəxtlik, zalımlara tabe halda yaşamağı isə zillət sayıram.”

Təsadüfi deyil ki, şəhid olmağı əbədi səadətə çatmaq kimi qəbul edən İran xalqı, xüsusilə də İranın gəncləri bu uca mövqeyə çatmaq məqsədilə mübarizənin ən çətin anlarında ölümə meydan oxudular və şəhid olmağa belə hazır oldular. İran Prezidenti möhtərəm Həsən Ruhani şəhidləri böyük qüdrət və mühüm bir sərmayə adlandıraraq demişdir: “Fədakarlıq dərsini şəhidlər və əlillərdən, habelə onların ailələrindən öyrənmək lazımdır.”

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olanda İranın keçmiş Prezidenti Ayətullah Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı vermiş, matəm kitabına ürək sözlərini yazmış və onun İran-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük işlər gördüyünü qeyd etmişdir. Prezident İlham Əliyev həmçinin demişdir: “Mən bundan sonra da çalışacağam ki, hörmətli həmkarım cənab Ruhani ilə birlikdə İran-Azərbaycan dostluq və qardaşlıq əlaqələrini inkişaf etdirim.”

Biz – Azərbaycanda təhsil alan iranlı tələbələr də İran Respublikası və Azərbaycan Respublikası arasındakı mövcud qardaşlıq və  dostluq münasibətlərindən məmnunluğumuzu bildirir, bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə əmin olduğumuzu bir daha bəyan edirik.   

Bəli, artıq 27 ildir ki, dünya,  o cümlədən də İran xalqı qanlı 20 Yanvar faciəsini həm Azərbaycan xalqının Ümumxalq hüzn günü, həm də milli vətənpərvərlik günü kimi qeyd edir. Biz bu münasibətlə müxtəlif tədbirlər, o cümlədən konfranslar, sərgilər təşkil etməklə Azərbaycana həmdərd və həmrəy olduğumuzu nümayiş etdirir, cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli”-adlandırmasını alqışlayırıq. Biz, iranlı tələbələrin Azərbaycandaki birliyi olaraq 20 Yanvar faciəsi xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ bütün cinayətləri, terror aktlarını pisləyirik".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!