USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
XİN: Azərbaycan Cocuq Mərcanlının bərpası ilə regionda davamlı sülhün təminatının unikal modelini ortaya qoyur

Ermənistan rəhbərliyinin regionu və erməni xalqını yeni müharibələrə sürükləyən çıxışı hərbi diktatorlar və hərbi xuntalar üçün xarakterik haldır. Bu çıxışı ilə Ermənistanın hərbi xunta rejiminin rəhbəri hələ səhra komandiri psixologiyasından ayrıla bilmədiyini və 90-cı illərin əvvəllərinə aid illüziyalarla yaşadığını bir daha sübut edir.

ASAN Radio Trendə istinadən bildirir ki, bunu Ermənistan Prezidentinin könüllülər şurasındakı çıxışını şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:

XİN rəsmisi bildirib ki, dərin siyasi-iqtisadi, maliyyə və demoqrafik böhran şəraitində olan dövlətin başçısı kimi bu şəxs seçki öncəsi dövrdəki çıxışında ölkəni tənəzzüldən çıxarmaq və qonşu dövlətlərlə əlaqələri normallaşdırmaq barədə tezislər təqdim etmək əvəzinə, erməni xalqına yalnız yeni müharibələr vəd edir:

"Hər kəsə açıq şəkildə aydın olsa da, Ermənistan rəhbərliyi bir daha dövlət başçısı səviyyəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonların Ermənistan tərəfindən işğal edildiyini və viranəyə çevrildiyini etiraf edir. Bu gün Azərbaycan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə post-konflikt reabilitasiya və regionda davamlı sülhün təmin olunmasının unikal modelini ortaya qoyduğu halda, Ermənistan rəhbərliyi özünün işğalçılıq və destruktiv siyasəti ilə “fəxr edir”. İndi beynəlxalq ictimaiyyət özü bir daha görməli və dərk etməlidir ki, qoşunların təmas xəttində gərginliyin, erməni əsgərlərinin ölümü ilə nəticələnən hərbi avantüraların, o cümlədən aprel hadisələrinin, Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatların arxasında duran səbəbkar kimdir. Beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrləri görməlidirlər ki, münaqişənin danışıqlar yolu ilə həlli üçün Azərbaycanın tərəf müqabili kimdir və hansı təfəkkürə malikdir. Ona görə də regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət mənəvi-etik və hüquqi əsaslardan məhrum olan Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür".

H.Hacıyev qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, özünün ərazi bütövlüyü və suverenliyini təmin edəcək:

"Buna əsla heç kimin şübhəsi olmasın. Ermənistan rəhbərliyi nə qədər tez bunu dərk edərsə, bir o qədər də tez regionda davamlı sülh təmin olunar və ilk növbədə erməni xalqı yaranmış regional əməkdaşlıq imkanlarından faydalana bilər".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!