USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kamal Abdulla, Mübariz Qurbanlı, Allahşükür Paşazadə Finlandiyada görüşlər keçirib

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiyaya səfəri çərçivəsində bu ölkənin Baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Anna-Kaisa Heikkinen ilə görüşüb.

ASAN Radio xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov daxildir.

Finlandiyaya Baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Anna-Kaisa Heikkinen Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfransdan, habelə Finlandiya rəsmiləri ilə keçirilən görüşlərdən məmnunluğunu ifadə edib. Humanitar sahədə belə layihələrin əhəmiyyətinə toxunan Anna-Kaisa Heikkinen bu cür görüşlərin ölkələrimiz üçün bu sahədə birgə fəaliyyətə təkan verəcəyinə əminliyini vurğulayıb. Finlandiyada tolerant cəmiyyətin qurulması sahəsində çox böyük nailiyyətlərin olduğunu deyən Anna-Kaisa Heikkinen bu səpkidə aparılan işlərdən ətraflı danışıb. Ölkəmizdə bütün dinlərə qarşı hörmətlə yanaşılmasının təqdirəlayiq olduğunu ifadə edən müşavir Azərbaycanın bu təcrübəsinin digər ölkələrlə bölüşməsinin əhəmiyyətindən söhbət açıb.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev ölkəmizdə yaradılan multikultural mühitin əsasları barədə danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın bu uğuru Prezident İlham Əliyevin müxtəlif din xadimlərinə eyni səmimi münasibəti, eyni diqqət və qayğısı, onların dövlətə və bir-birinə səmimi münasibətinin nəticəsidir. Dini tolerantlıq və multikultural mühitin qorunması işinin Azərbaycanda dövlət siyasətinin vacib sahəsi olduğunu deyən Kamal Abdullayev multikultural təhlükəsizlik prinsiplərindən, ölkəmizdə mövcud olan dini müxtəlifliyin qorunmasına yönəldilən işlərdən bəhs edib.

Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm İli”nin təbii davamı kimi, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının çox böyük siyasi uzaqgörənliklə irəli sürülən ideya olduğunu bildirən dövlət müşaviri Azərbaycanda bu il keçiriləcək İslam Həmrəyliyi Oyunları, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Bakıda keçirilən Qlobal Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və digər layihələr haqqında məlumat verərək, bu addımların təkcə İslam dünyasında deyil, ümumilikdə dünyada baş verən proseslərə nizam gətirmək istəyindən irəli gəldiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan bu sahədəki təcrübəsini bölüşməyə hər zaman hazırdır.

Daha sonra Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Finlandiya ilə Azərbaycanı birləşdirən amillər haqqında söhbət açaraq, multikultural dəyərlərin hər iki ölkədə inkişaf etməsini vacib hal olduğunu deyib.

Azərbaycandan Finlandiyaya səfər edən nümayəndə heyətinə dövlət xadimlərinin, məşhur alim və din xadimlərinin daxil olduğunu, nümayəndə heyətinin deputatlarla və dövlət rəsmiləri ilə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi apardığını həmsöhbətinin diqqətinə çatdıran Mübariz Qurbanlı bununla əlaqələrimizin keyfiyyət baxımından yeni mərhələyə qalxacağını bildirib. Sonra M.Qurbanlı Azərbaycanı daha yaxından tanımaq üçün Anna-Kaisa Heikkineni ölkəmizə səfərə dəvət edib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın multikultural, dini tolerantlıq mühiti ilə maraqlandığına görə Anna-Kaisa Heikkinenə minnətdarlığını ifadə edərək, multikulturalizm sahəsinə böyük diqqət ayıran Finlandiyanın Azərbaycanda görülən işləri yüksək qiymətləndirəcəyinə əminliyini bildirib.

Azərbaycanda dini dözümlülük ənənələrindən danışan QMİ-nin sədri deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıb və yaşayırlar. Azərbaycanda dini zəmində münaqişələr heç vaxt müşahidə olunmayıb. Ölkəmiz dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunədir. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan şeyxülislam Allahşükür Paşazadə ulu öndər Heydər Əliyevin ali mənəviyyat mənbəyimiz olan dinimizə diqqət və qayğısından danışıb, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Görüşdə, həmçinin antisemitizm, ksenofobiya ilə mübarizə və digər mövzularda müzakirələr aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!