Bu gün Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun ikitərəfli və heyətlərarası görüşü keçiriləcək.
APA-nın xəbərinə görə, görüşdən sonra ilk dəfə iki ölkə arasında Azərbaycan-Türkiyə mədəniyyət əlaqələri üzrə Birgə Hökumətlərarası Komissiyanın birinci iclasının protokolu imzalanacaq.
Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə 9 nəfərlik heyət 28 fevral-3 mart 2021-ci tarixlərində Ankara və İstanbulda ölkələrarası mədəni əlaqələrin inkişafı üzrə müxtəlif rəsmi görüşlər keçirəcək. Heyət iki ölkə arasında mədəniyyət, incəsənət sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün araşdırmalar aparacaq.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il fevralın 11-də “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişi təsdiq edib. Saziş 25 aprel 2018-ci il tarixində Ankarada imzalanıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!