USD - 1.7 EUR - 1.9324 RUB - 2.2735 TRY - 0.0365 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb Ötən həftə daha #ASAN oldu - 17-23 fevral 2025
“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilir

26 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda həyata keçirilən “Rəqəmsal idarəetmədə süni intellekt”  (AIFORDIGIGOV)  konfransının açılış mərasimi keçirilib. 

Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Avropa Şurasının İnformasiya Cəmiyyəti və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin direktoru Yan Kleyssen  və EHİM-in direktoru Fariz Cəfərov iştirak ediblər.

Tədbirin əhəmiyyətini vurğulayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  süni intellektin idarəetmədə perspektivindən, Azərbaycanda süni intellektin ayrı-ayrı komponentlərinin artıq müxtəlif sahələrdə tətbiqindən, “ASAN xidmət” olaraq yeni nəsil dövlət xidmətlərinə keçiddən danışıb. Bildirib ki, süni intellektin dövlət xidmətlərində tətbiqi vətəndaşlara xidmətlərin göstərilməsində həlledici rol oynayır. Dövlət Agentliyinin sədri, həmçinin ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş rayonlarda həyata keçiriləcək “Smart City” layihəsinin əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, bu, Azərbaycan dövlətinin niyyətini nümayiş etdirir: Xüsusən də vətəndaşların rifahının yaxşılaşdırılması, xidmətlərin daha əlçatan, şəfaf təşkili baxımından

EHİM-in direktoru Fariz Cəfərov tədbirin əsas məqsədinin süni intellekt üzrə beynəlxalq təcrübənin öyrənilməsi, süni intellekt üzrə qlobal biliklərin və strategiyaların yerli ekosistemə uyğunlaşdırılması, cəmiyyətdə süni intellekt həllərinin tətbiqinin təşviqatı olduğunu bildirib. O qeyd edib ki, elektron hökumətin inkişafında süni intellekt və digər inkişafda olan texnologiyaların tətbiqi vətəndaş məmnuniyyətinin təmin olunması üçün önəmlidir. 

“Rəqəmsal idarəetmədə süni intellekt” adlı konfrans dünya şöhrətli alim Lütfi Zadənin əziz xatirəsinə həsr olunur. 

Süni intellekt üzrə Azərbaycanda ilk konfrans olan  “AIFORDIGIGOV” PAŞA Holdinq, Azərbaycan Beynəlxalq Bankı, “BesComp” və bp şirkətlərinin maliyyə dəstəyi ilə reallaşdırılır. Konfransda Azərbaycan, Türkiyə, Böyük Britaniya, Kanada, ABŞ, Estoniya, Koreya, Almaniya, Sinqapur, İtaliya və s. olmaqla, ümumilikdə 22 ölkədən 56 spiker çıxış edir. 

Konfransda iştirak üçün Azərbaycandan 1200-dən çox insan tədbirin rəsmi veb səhifəsi üzərindən qeydiyyatdan keçib. Beynəlxalq tədbir, həmçinin Avropa Şurası Süni İntellekt üzrə Komitəyə üzv ölkələr tərəfindən böyük maraqla qarşılanıb. 

Konfransın ilk günündə süni intellektin transformativ gücü, süni intellekt və rəqəmsal idarəetmə, süni intellekt və dövlət xidmətləri, süni intellekt və gələcək mövzularında müzakirə və s. sessiyalar keçirilib. Qeyd edilən mövzularda Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç, Böyük Britaniyada Beynəlxalq Hökumət Xidmətinin baş direktoru və  Rəqəmsal Səfir Kevin Kanninqton, ABŞ-ın “Christian Care” şirkətinin Rəqəmsallıq və İnformasiya Ofisinin direktoru Rendi Gaboriolt, italiyalı tədqiqatçı Cianluca  Misuraka, Finlandiya Maliyyə Nazirliyinin Rəqəmsallaşma üzrə xüsusi məsləhətçisi Aleksi Kopponen və digərləri çıxış ediblər. 

27 aprel  tarixində,  konfransın ikinci günündə süni intellektin etikası, süni intellekt üzrə dövlət strategiyaları, süni intellekt və fintek, “süni intellekt hər kəsin xeyiri naminə” mövzularında müzakirə və sessiyalar keçiriləcək. 

28 aprel tarixində, tədbirin sonuncu günündə səhiyyənin süni intellektlə transformasiyası, süni intellekt və cəmiyyət mövzularında müzakirələr təşkil olunacaq.

Konfrans çərçivəsində, həmçinin “Kaggle” platforması üzərindən müəyyən məsələnin həll olunması üzrə data müsabiqəsi keçiriləcək.  Data müsabiqəsinə qatılmaq üçün  185 komanda qeydiyyatdan keçib. 26-27 aprel tarixlərində data müsabiqəsinin iştirakçıları üçün EHİM tərəfindən  təlim – vorkşoplar nəzərdə tutulub. 

Yarışmanın baş tutacağı “Kaggle” platforması data elmi və maşın öyrənmə sahəsindəki həvəskar və peşəkarların onlayn cəmiyyətidir. 5 milyondan çox istifadəçi ilə 194 ölkəni əhatə edən bu platforma vasitəsilə müxtəlif fəaliyyət sahələrindən iri miqyaslı və böyük təsir dairəsinə malik data əsaslı məsələlər komanda və ya fərdi şəkildə iştirak edən yarışmaçılar tərəfindən həll edilməyə çalışılır. Konfrans çəçivəsində data müsabiqənin qalibləri pul mükafatları ilə təltif olunacaqlar.

“AIFORDIGIGOV” beynəlxalq konfransının əsas məqsədi rəqəmsal idarəetmə ilə bağlı Azərbaycanda süni intellekt əsaslı texnologiyaların tətbiqinin sürətləndirilməsi, dünya ölkələri təcrübələri ilə tanışlıq, bu istiqamətdə yeni çağırışlar və gələcəyə baxışların müəyyən olunması, süni intellekt ekosistemi haqqında cəmiyyətin maarifləndirilməsi, ölkədə bu sahəyə olan marağın artırılması, təşviq edilməsi, gələcək nəsillərə ixtisas seçimində mesajların ötürülməsidir. 

Konfrans haqqında daha ətraflı məlumatı tədbirin rəsmi interneti səhifəsi https://ai4digigov.com/ -dan əldə etmək mümkündür. 

Konfransın texniki tərəfdaşı  “Caspian Event Organisers” şirkətidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!