USD - 1.7 EUR - 2.0029 RUB - 2.1438 TRY - 0.0427 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır

Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) kibergigiyena üzrə əməkdaşlıq platformasının yaradılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb. 

ASAN Radio xəbər verir ki, sənədi EHİM-in direktoru Fariz Cəfərov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Rəis müavini Azər Əhədov və “B.EST Solutions” MMC-nin direktoru Jana Krimpe imzalayıblar. 

Müqavilə müvafiq platformanın istifadəsi, idarə edilməsi, informasiya təhlükəsizliyinin təşviqi və müvafiq təbliğat işlərinin aparılmasını əhatə edir. 

Rəqəmsal transformasiya və texnoloji inkişaf dövlət və özəl sektor əməkdaşlarının kibertəhlükəsizlik tədbirlərinə daha həssas yanaşmasını tələb edir. Məlumatların qorunması və informasiya təhlükəsizliyinin təmin edilməsi zəruri avadanlıqlarla yanaşı, həm də internet və məlumatlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməsini zəruri edir.  

Əməkdaşlıq çərçivəsində qurum və şirkətlərin mövcud və ya yarana biləcək təhlükə, eləcə də risklərdən qorunması məqsədilə kibertəhlükəsizlik haqqında maarifləndirmə tədbirlərinin və təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihənin icrası çərçivəsində qurum və şirkətlərin əməkdaşlarının kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə  yanaşmaları və hazırlıqları müəyyən ediləcək. Təlim və testlər NATO tərəfindən mükafatlandırılmış Estoniyanın kibertəhlükəsizlik şirkəti – “CybExer”in proqram təminatı vasitəsilə həyata keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!