USD - 1.7 EUR - 1.9208 RUB - 0.023 TRY - 0.1238 DAHA ÇOX
SON DƏQİQƏ
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” beynəlxalq kampaniyasına start verilir ASAN Radioda yeni layihə  Tezliklə Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan “Zəfər”  Yarmarkası keçiriləcək   Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı vebinar keçirilib - VİDEO Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı vebinar keçirildi
Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı vebinar keçirildi

Azərbaycanda Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiya ilə bağlı maarifləndirmə tədbirləri çərçivəsində Avropa İttifaqı və Avropa Şurası birgə silsilə vebinarlar təşkil edir. Vebinarlar Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) "Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması" layihəsi çərçivəsində həyata keçirilir və İstanbul Konvensiyasının maddələrinə həsr olunur.


Bu vebinarlarda əsas diqqət konvensiyanın konkret maddələrinə yönəldilir. Konvensiyanın hər cür auditoriya üçün əlçatan olmasını təmin etmək, eləcə də Azərbaycanda qadınlara qarşı zorakılıq, məişət zorakılığı və İstanbul Konvensiyasına dair dialoqu təşviq etmək üçün geniş ictimaiyyət arasında bu mövzuya dair məlumatlılığı artırmaq məqsədi daşıyır.
Bu silsilədən olan üçüncü vebinar oktyabrın 12-də keçirilib.Tədbir məişət və cinsi zorakılıq törətmiş şəxslər üçün qabaqlayıcı müdaxilə və müalicə proqramlarına dair 16-cı maddəyə həsr olunub.

Vebinarda həmin maddə ilə bağlı araşdırmanın Azərbaycan dilinə tərcümə olunmuş nəşri də təqdim olunub.
2021-ci ilin növbəti və yekun vebinarı
"Məişət zorakılığı hallarında təcili qadağanedici əmrlər: İstanbul Konvensiyasının 52-ci maddəsi" mövzusuna həsr olunacaq və dekabrda keçiriləcək.
Vebinarlarda təqdim olunmuş bütün araşdırmaların Azərbaycan dilinə tərcümələrini Avropa Şurasının Bakıdakı ofisinin saytında əldə etmək mümkündür.

İstanbul Konvensiyası və onun qabaqlama, müdafiə, cinayət təqibi və əlaqələndirilmiş siyasətlərdən ibarət olan dörd əsas prinsipi barədə əlavə məlumatı bu infoqrafikdə və bu broşürdə əldə etmək mümkündür.
Azərbaycanda qadınlara qarşı zorakılığa son qoymaq üçün Avropa İttifaqı və Avropa Şurasının hansı tədbirlər gördüyü ilə bağlı ətraflı məlumatı 
layihənin səhifəsindən əldə edə bilərsiniz/

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio