USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” beynəlxalq kampaniyasına start verilir

25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür. Hazırda qadınlara qarşı zorakılıq geniş yayılmış insan hüquqları pozuntusu olaraq qalır. Dünyada hər 3 qadından 1-i 15 yaşından bəri ən azı bir dəfə məişət zorakılığı və ya cinsi zorakılıqla üzləşir. COVİD-19 pandemiyası dövründə qadınlara qarşı zorakılıq kəskinləşib.

Bu günün qeyd olunması ideyası qadınlara qarşı zorakılığın formaları ilə bağlı məlumatlılığın artırılması və onların qarşısının alınması və aradan qaldırılmasının təbliğatını aparmaq məqsədi daşıyır. Hər il bu tarixdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” beynəlxalq kampaniyasına start verilir. 16 günlük fəaliyyət dekabrın 10-da – Ümumdünya İnsan Hüquqları Günündə bitir. 

İstanbul Konvensiyası kimi tanınan, Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı  mübarizə haqqında Avropa Şurası Konvensiyası qadınlara qarşı zorakılığa son qoyulması ilə bağlı dövlətlərə istiqamət verən sənəddir. 

Azərbaycan İstanbul Konvensiyasının hazırlanmasında iştirak etsə də, bu beynəlxalq müqaviləni hələ də imzalamayıb. Hazırda Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçünTərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi bu sahədə Azərbaycan hökumətinə dəstək verir. İstanbul Konvensiyası həm zorakılıq qurbanlarına, həm də bütövlükdə cəmiyyətlərə fayda verə bilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!